Göygöldə çayda qadın meyiti TAPILDI

Göygöldə çayda qadın meyiti TAPILDI

Hazırda oxunan: Göygöldə çayda qadın meyiti TAPILDI

217145

Gəncə Çayının Göygöl rayon ərazisindən keçən hissəsində təxminən 50-60 yaşlar arasında qadın meyiti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna bildirdiyinə görə, Göygöl Rayon Polis Şöbəsinə rayon ərazisində çayda meyit olması ilə bağlı məlumat daxil olub.

Dərhal hadisə yerinə polis əməkdaşları gələrək müvafiq əməliyyat tədbirləri həyata keçiriblər. Üzərində zorakılıq əlamətləri aşkarlanmayan meyitin hələlik şəxsiyyəti müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO