Artıq qışa sayılı günlər qalıb. Ölkəmizdə payız fəsli özünü yağıntılarla biruzə verir. Hətta bəzi rayonlarımızda qar belə müşahidə olunub. Qarşıdan gələn qış fəslinin digər illərlə müqayisədə daha sərt keçəcəyi ilə bağlı proqnozlar verilir.
Mütəxəssislərin bu proqnozları doğrudurmu?
Məsələ ilə bağlı ekoloq Qorxmaz İbrahimli Bizim.Media-ya bildirib ki, bu qışın ötən qışlardan elə də fərqli olacağı və ya hər hansı bir fövqəladə dəyişiklik gözlənilmir:
MÖVZU İLƏ BAĞLI:
Bu rayonlarda qar yağır – FAKTİKİ HAVA
“Hazırda payız öz axarında davam edir, yağıntılar vaxtında başlayıb. Ölkəmizin yerləşdiyi mülayim subtropik iqlim qurşağına uyğun olaraq payız fəslindəyik və qışa doğru gedirik. Payız hərdənbir yağıntılarla keçir, qışa doğru isə rayonlarda dağlıq, dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Bakı və Abşeron yarımadasında isə hər zaman olduğu kimi çox böyük qar gözlənilmir”.
Müsahibimiz bildirib ki, bol yağışın olması torpağın sağlamlaşması, buzlaqların və su ehtiyatlarının artması deməkdir.
Nəzrin Mirzəyeva, Bizim.Media