Sabunçu rayonunda iki nəfərin meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğunun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, oktyabrın 21-də Sabunçu rayonu ərazisində yerləşən evlərdən birində iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Bakıda DƏHŞƏT: Ər-arvad evdə ölü tapıldı
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media