Bərdə rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun İmirli kəndində qeydə alınıb.
Belə ki, S.Yaqubovun həyətində işləyən 1984-cü il təvəllüdlü qonşusu Kamran İbrahim oğlu Məmmədov ehtiyatsızlıqdan su çəninin altında qalıb.
Nəticədə K.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media