FAKTİKİ HAVA: Bəzi rayonlarda yağış və qar yağıb

FAKTİKİ HAVA: Bəzi rayonlarda yağış və qar yağıb

Hazırda oxunan: FAKTİKİ HAVA: Bəzi rayonlarda yağış və qar yağıb

216886

Oktyabrın 20-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, oktyabrın 20-i saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri–sabit yağıntılı hava şəraiti davam edib. 

Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış, Daşkəsəndə, Şahdağ, Zaqatala (Əlibəy), Qrızda qar yağıb.

Yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.
 

Qar örtüyünün hündürlüyü: Qrızda 17 sm, Xınalıqda 13 sm, Qusar (Laza) 6 sm, Şahdağda 3 sm olub.


Düşən yağıntının miqdarı Lənkəranda 27 mm, Qusar (Laza) 23 mm, Şəki, Oğuzda 22 mm, Astarada 21 mm, İsmayıllıda 18 mm, Şamaxıda 17 mm, Xaçmazda 16 mm, Qubada 16 mm, Lerikdə 14 mm, Xınalıqda 12 mm, Qaxda (Sarıbaş) 11 mm, Yevlax, Xaltan, Goranboyda 10 mm, Naftalan, Mingəçevir, Qırız, Göyçay, Şabran, Qəbələdə 9 mm, Qobustanda 8 mm, Cəfərxan, Yardımlı, Biləsuvar, Bərdə, Tərtərdə 7 mm, Zərdab, Daşkəsəndə 6 mm, Gədəbəydə 4 mm, Göygöl, Şahdağ, 5 mm, Neftçala, Sabirabadda 3 mm, Kürdəmir, Gəncədə 2 mm, İmişli, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Zaqatalada 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 22 mm, Binədə 19 mm, Bakıda 11 mm -dək olub.

Qusar, Qrız, Qax (Sarıbaş), Şamaxı, Göyçay, Qusarda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 9, Aran rayonlarında 12, dağlıq rayonlarda 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO