Ağdamda 94 yaşlı kişini maşın vuraraq öldürdü

Ağdamda 94 yaşlı kişini maşın vuraraq öldürdü

Hazırda oxunan: Ağdamda 94 yaşlı kişini maşın vuraraq öldürdü

216849

Ağdamda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndində qeydə alınıb.
 

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçən 94 yaşlı piyadanı vurub.


Qəza nəticəsində xəsarət alan 94 yaşlı Mahmudov Sokrat Ağdam mərkəzi rayon xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı yerli hüquq mühafizə orqanlarında araşdırma aparılır.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO