Gəncədə qadın şəkilləri ilə şantaj edildi - Saxlanılan var

Gəncədə qadın şəkilləri ilə şantaj edildi - Saxlanılan var

Hazırda oxunan: Gəncədə qadın şəkilləri ilə şantaj edildi - Saxlanılan var

216801

Gəncədə qadın şəkilləri və barəsində rüsvayedici məlumatların paylaşılması ilə hədələnib.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Gəncə şəhər sakini olan bir xanım Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət edərək sosial şəbəkədə tanış olduğu Sadiq adlı şəxsin ona zəng edərək şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini və 3000 manat pul verməyi tələb etdiyini bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sadiq Salehov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO