Oğlan uşaqlarının tərbiyə METODU – Onlara niyə “qız kimi ağlama” deyirlər?

Oğlan uşaqlarının tərbiyə METODU – Onlara niyə “qız kimi ağlama” deyirlər?

Hazırda oxunan: Oğlan uşaqlarının tərbiyə METODU – Onlara niyə “qız kimi ağlama” deyirlər?

216644

“Tiktok”da son günlərdə bir video trend olub. Videoda idman müəllimi ağlayıb evə getmək istəyən azyaşlı tələbəsini idmanla məşğul olmağa məcbur edir. Bu da sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb olub. Amma videoda diqqət çəkən başqa bir məqam da var.

Müəllim oğlan tələbəsinə “sən qızsan?” deyir. Müzakirələrdə bir çox insanlar oğlan uşaqlarına bu cür təlim-tərbiyənin doğru olduğunu, oğlanların zəif olmasının qarşısını bu metodla aldığını düşünürlər.
 

MÖVZU İLƏ BAĞLI:

“Oğlan uşaqlarına oyuncaq seçərkən ehtiyatlı olun” – Psixoloqdan XƏBƏRDARLIQ


Bu video sadəcə bir nümunədir. Təəssüflər olsun ki, cəmiyyətimizdə bu cür tərbiyə metodlarından çox istifadə edilir. Hətta analar da oğlanlarına “qız kimi olma”, “qız kimi ağlama”, “qız kimi zəif olma” deyir.

Bəs bu yanaşma nə dərəcədə doğrudur?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Bizim.Media-ya bu barədə danışıb. O bildirib ki, valideynin uşaqla rəftarı onun gələcək həyatda başqaları ilə olan münasibətini tənzimləyir.

“Uşaqları öz cinsiyyətləri ilə üstün olduqları düşüncəsində böyütmək olmaz. Cahil düşüncə cəmiyyətin sağlam inkişafının qarşısını alır. Şəxsiyyət formalaşanda şəxsin cinsiyyəti heç vaxt meyar ola bilməz. Düşüncənin avtoritetliyi insanların rahat yaşamasına imkan vermir. Uşaqların psixi sağlamlığı valideynlərin psixi sağlamlığına bərabərdir”.

Doğru bilinən yanlışlar...

Psixoloq vurğulayıb ki, qız uşağı tənqid və ya təhqir olmamalıdır:

“Oğlan uşaqları cins olaraq qız uşaqlarından üstün deyil. Qız və ya oğlan uşağı olmaq anlayışlarına məna yüklənilməməlidir. Ağlamaq insanın ən təbii hallarından biridir. Ağlamağın cinsiyyəti yoxdur və olmamalıdır. Zəiflik insanın təcrübəsizliyidir. İnsanın hər yaşda təcrübəsizliyi mövcuddur, yəni insan hər yaşda zəiflik göstərə bilər.


Psixoloji qısnama gələcəkdə şəxsdə depressiya, təşviş, cinsi rol pozuntusu, davranış pozuntuları, natamamlıq kompleksi və digər psixoloji halın nizamsızlığını yaratmış olacaq. Ailədə sağlam psixoloji mühitin formalaşması üçün uşağa qarşı qınaq və qərəz ifadə olunmamalıdır. Uşaqlar psixoloji qısnama ilə böyüsələr, onlar da başqalarına qarşı bu cür davranış sərgiləyəcəklər”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO