Ağdam şəhərinə ilk köçün TARİXİ AÇIQLANDI

Ağdam şəhərinə ilk köçün TARİXİ AÇIQLANDI

Hazırda oxunan: Ağdam şəhərinə ilk köçün TARİXİ AÇIQLANDI

216525

Gələn ilin sentyabr-oktyabr aylarında Ağdam şəhərinə əhalinin köçürülməsi nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Füzuli Şəhəri Günündə iştirak edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
 

“Ağdamda dörd kənd tikilməkdədir. Bu ilin sonuna qədər Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinə əhalinin bir hissəsinin köçürülməsi nəzərdə tutulur. Qərvənd kəndi də üçüncü “ağıllı kənd” olaraq slovakiyalı mütəxəssislər tərəfindən layihələndirilib. Bu yaxınlarda Prezidentimiz Elvazxanbəyli kəndinin təməlini qoydu və burada layihələndirmə işləri yekunlaşmaq üzrədir”, - deyə E.Hüseynov qeyd edib ki, Ağdam şəhərində də genişmiqyaslı işlər aparılır. 


“Beş yaşayış məhəlləsinin tikintisi nəzərdə tutulub. Hazırda ikinci mərhələdə tikinti işlərinə başlanılıb. Yaxın zamanlarda dördüncü və beşinci mərhələlərdə tikinti işlərinə başlanılacaq. Hesab edirəm ki, bütün bu işlər qrafikə əsasən vaxtında icra olunacaq”, deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO