Yeniyetmələr arasında artan ürəktutmanın SƏBƏBİ bilindi – MÜHÜM AÇIQLAMA

Yeniyetmələr arasında artan ürəktutmanın SƏBƏBİ bilindi – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Yeniyetmələr arasında artan ürəktutmanın SƏBƏBİ bilindi – MÜHÜM AÇIQLAMA

216483

Son vaxtlar gənclər arasında ürəktutmadan vəfat edənlərin sayı artıb. Elə oktyabrın 10-da magistr tələbəsi Sərvət İbrahimov qəflətən ürək çatışmamazlığından vəfat edib.

Gənclər arasında artan bu halların səbəbi nədir? İnsanlar ən gümrah olmalı  yaşlarda niyə belə problemlərlə üzləşirlər?

İlk olaraq ürəktutmasının nə olduğunu aydınlaşdıraq:
 

MÖVZU İLƏ BAĞLI:

Panik atak BƏLASI – Həyatı cəhənnəmə çevirən bu problemdən necə qurtulmaq OLAR?


Ürək tutması ürəyin tac arterlərində meydana gələn problem sonrası  yaranan çatışmazlıq nəticəsinndə şiddətli sinə ağrısıyla ortaya çıxır və bunun ölümlə nəticələnməsi  riski də var. Hətta dünyada ən başda gələn ölüm səbəblərindən də biridir.

Kardioloq Aynur Məmmədova Bizim.Media-ya açıqlamasında bu hallara ən çox yeniyetmələr arasında rast gəlindiyini təsdiqləyib:  

“Bu halın səbəblərinə zərərli vərdişlər “fast-food”-la qidalanma, enerji içkiləri, gec saatlara qədər yuxusuz qalmaq, telefon əlində yuxuya getmək aiddir. Həmçinin, bu xəstəlik daha da çox artır. Uşaqların pandemiya vaxtı kütləvi şəkildə telefonla təmin olunması bu halları artırdı, onları bu şüalanmadan ayırmaq artıq mümkünsüz olub”, - deyə kardioloq bildirib.

Müsahibimiz idmana gedən gənclərin ailədən gizlin protein qəbul etməsini də səbəblər sırasına daxil edib:

“Məsləhət edirəm ki, insanlar düzgün həyat tərzinə, sağlam qidalanmaya diqqət etsinlər, vaxtında yatıb erkən oyansınlar, telefon əvəzinə kitaba üstünlük versinlər”.

Ürək tutmasının qarşısı vaxtında necə alına bilər?
 

“Bizdən asılı olan bəzi risk faktorları var. Onları qaydasına qoysaq, ürək tutmasının qarşısı alına bilər. Məsələn, artıq çəkini azaltmaq, spirtli içki, siqaredən istifadəni tərgitmək,  oturaq həyatda hərəkəti artırmaq, yüksək təzyiq varsa, onu  və ya qanda olan gələcəkdə infakt yarada biləcək xolesterinləri nəzarətdə saxlamaq, qaraciyərdə piylənmə varsa, onunla mübarizə aparmaq,düzgün qidalanmaq lazımdır. Bu risk faktorlarının qarşısını almaqla ürək tutmasının da qarşısını ala bilərik.


Ancaq bu məsələdə irsi cinsi və yaş faktorları da var. Bunlar bizdən asılı olmur. Məsələn, bu problem kişilərdə daha çox müşahidə olunur. Qadınlarda isə menopoza qədər daha az olur.

Yenə də həyat tərzimizə diqqət etsək, irsi olaraq belə bir problem olsa belə, onun rast gəlmə tezliyini azaltmış oluruq”, - deyə Aynur Məmmədova sonda açıqlayıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO