Oktyabrın 17-də Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu keçirilir.
Bizim.Media xəbər verir ki, ilk dəfə Azərbaycanda təşkil olunan forumda dünyanın 8 ölkəsindən aparıcı universitetlərin professorları iştirak edirlər.
Tədbirin açılışında çıxış edən ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, Azərbaycanda keçirilən bu forumda maşın proqramlaşdırma, süni intellekt və data elmləri sahələrində inqilabi ideyalar müzakirə ediləcək:
"Tədbir dünyanın bir çox aparıcı alimlərini, süni intellekt nəzəriyyəsi, yeni metodların inkişafı, tibbi, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi sahələrdə data elmləri tətbiqləri üzrə ixtisaslaşan mütəxəssisləri bir araya gətirəcək".
Tədbir təqdimatlarla davam edir.
Bizim.Media