Azərbaycanda 60 yaşdan sonra neçə nəfər BOŞANIB? – Rəsmi STATİSTİKA

Azərbaycanda 60 yaşdan sonra neçə nəfər BOŞANIB? – Rəsmi STATİSTİKA

Hazırda oxunan: Azərbaycanda 60 yaşdan sonra neçə nəfər BOŞANIB? – Rəsmi STATİSTİKA

216183

Azərbaycanda son illər artan boşanma sayı bu il bir qədər azalıb. Rəsmi statistikaya əsasən, bu ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 14 248 boşanma halı qeydə alıb.

Yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 2,2-dən 2,1-ə düşüb.

Ötən il 2023-cü ildə ümumilikdə 21 688 boşanma qeydə alınıb. Boşananlar arasında müxtəlif yaş qruplarından və evliliyinin müxtəlif illərində boşanma qərarı alanlar var.

Bizim.Media Dövlət Statatistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, ən çox boşanma sayı 5 ilə qədər evli qalanlar arasında baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Boşanan yalnız GƏNCLƏR DEYİL... – Yaşlılar niyə evliliklərinə SON QOYURLAR?


Ən çox boşanan kişilərin 30-34, qadınların isə 20-24 yaşı var

Beş ilə qədər evli olub boşananların sayı 5814-dür. Ən çox 30-34 yaşlı kişilər və 20-24 yaşlıqadınlar evliliklərinin ilk 5 ilində boşanıblar. Belə ki, 1889 nəfər 30-34 yaşlı kişi və 1935 nəfər 20-24 yaşlı qadın cəmi beş ilə qədər evli qala biliblər.

5 və 9 il evli qalanların sayı isə çox az fərqlənir, yəni bu müddətdə evli olub boşananların sayı 5805-dir. Burda da boşanma qərarı alan 30-34 yaşlı kişilər çoxluq təşkil edir, o yaşda evliliyin ilk illərində boşanan kişilərin sayı 2409-dur. Qadınlar arasında 5-9 il evli qalıb boşananlar kişilərdən yaşca yenə bir qədər balacadılar, 2497 nəfər 25-29 yaşlı qadın evliliyinin 5-9 illiyində boşanıb.

7735 nəfər isə 10 -19 illik evlilikdən sonra boşanma qərarı veriblər. 19 ilə qədər birgə yaşayandan sonra ən çox boşanan kişilərin yaşı 35-39-dur. Bu müddət evli olub ən çox boşanma qərarı verən qadınların yaş ortalaması isə 30-34 yaşdır.

2334 cütlük isə 20 il və daha yuxarı müddət bir-biri ilə evli olub, birgə yaşadıqdan sonra ayrılıblar. 575 boşanma olmaqla ən çox 50-54 yaşlı kişilər və 579 olmaqla ən çox boşanan qadınların orta yaşı 45-49-dur.

60 yaşdan yuxarı və 20 ildən sonra boşanan neçə nəfərdir?

Onu da qeyd edək ki, 60 və daha yuxarı yaşda olan 4 kişi və 2 qadın 20 və daha çox birgə yaşadıqdan sonra boşanıblar.

Azərbaycanda eyni müddət evli qalıb boşanan qadınların yaşı kişilərdən azdır

Rəqəmlərdən göründüyü kimi, 5 il, 5-9 il və digər müddətlərdə evli qalıb boşanan kişilər eyni evlilik müddətində boşanma qərarı verən qadınlardan 5-10 yaş böyükdürlər. Bu da ölkəmizdə nikaha girərkən kişinin yaşının qadının yaşından 5-10 yaş böyük olduğunu göstərir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO