ADU-nun tələbələri niyə 3 aydır təqaüd ala bilmirlər? – RƏSMİ AÇIQLAMA

ADU-nun tələbələri niyə 3 aydır təqaüd ala bilmirlər? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: ADU-nun tələbələri niyə 3 aydır təqaüd ala bilmirlər? – RƏSMİ AÇIQLAMA

216182

Bir aydır yeni tədris ili başlasa da, Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri təqaüdlərini almayıblar. Redaksiyamıza müraciət edən tələbələr iyul, avqust, sentyabr, həmçinin oktyabr ayının da tələbə təqaüdünün verilmədini bildiriblər. Ümumiyyətlə Azərbaycan universitetlərində tələbə təqaüdlərinin gecikdirilməsi halı vaxtaşırı baş verir.

Azərbaycan Dillər Univeristeti (ADU) həmin təhsil müəssisəsində oxuyan tələbələrin təqaüdlərinin gecikməsinə aydınlıq gətirib.

Universitetin mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Bizim.Media-ya açıqlamasında bildirib ki, yaxın günlərdə tələbələrin təqaüdləri ödəniləcək:

“Gecikməyə səbəb yeni tədris ilinin yeni başlaması idi, yaxın günlər ərzində təqaüdlərin hamısı veriləcək”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO