Pirəhmədli kəndində də bərpa işlərinə başlanılır

Pirəhmədli kəndində də bərpa işlərinə başlanılır

Hazırda oxunan: Pirəhmədli kəndində də bərpa işlərinə başlanılır

216175

Füzuli şəhərinin mərkəzində Zəfər yolunun kənarında salınan çoxmənzilli binalarda 822 ailə məskunlaşıb. Bu isə 3132 nəfər sakin deməkdir.

Bizim.Media xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorun müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, şəhərdə 38 çoxmərtəbəli bina, eləcə də 846 mənzildən ibarət 4, 5 , 6 və 7 mərtəbədən ibarət evlər inşa edilib:

“Baş plana uyğun olaraq şəhərdaxili yolların uzunluğunun 87 kilometrdən çox olması nəzərdə tutulub. Həmçinin Füzulidə Özbəkistan Respublikası tərəfindən inşa olunan 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 saylı məktəb, Qazaxıstan Respublikası tərəfindən inşa olunmuş ‘’ Kurmqanqazı Uşaq yaradıcılıq Mərkəzi ‘’ də fəaliyyət göstərir. Kəndlərdə də quruculuq işləri davam etdirilir. Pirəhmədli kəndində bərpa işlərinə başlanılır”.

Səbuhi Abdullayev həmçinin bildirib ki, Füzulinin Dövlətyarlı kəndində hazırlıq işləri tamamlanıb:

"Bu kənd "Ağıllı kənd’’ layihəsi kimi sistemləşdiriləcək və kənddə alternativ enerji mənbələrindən, yaşıl enerjidən istifadə ediləcək. Tikintinin 1-ci mərhələsində Dövlətyarlı kəndində 450 fərdi evin tikintisi nəzərdə tutulur.

Eləcə də burada məktəb, uşaq bağçası, kənd meydanı, bazar və digər infrastruktur obyektləri də formalaşdırılacaq. Cuvarlı , Qarğabazar, Qoçəhmədli və Dədəli kəndlərində isə layihələndirmə işləri davam etdirilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO