Metrodan istifadə edənlərin sayı 7%-dən çox artıb

Metrodan istifadə edənlərin sayı 7%-dən çox artıb

Hazırda oxunan: Metrodan istifadə edənlərin sayı 7%-dən çox artıb

216139

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda metro nəqliyyatı (Bakı metropoliteni – red.) ilə 168 300,7 min sərnişin daşınıb, bu da illik müqayisədə 7,3% çoxdur.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 156 790,4 min nəfər təşkil edib.

Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO