Şagird sayı 10 nəfərdən az olan sinifləri birləşdirmək hansı problemləri YARADIR?

Şagird sayı 10 nəfərdən az olan sinifləri birləşdirmək hansı problemləri YARADIR?

Hazırda oxunan: Şagird sayı 10 nəfərdən az olan sinifləri birləşdirmək hansı problemləri YARADIR?

216101

Bölgələrdə şagird azlığı müəyyən çətinliklər yaradır. Qanunvericiliyə görə, dövlət ümumi təhsil müəssisələrində şagird sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. İbtidai təhsil səviyyəsində isə bu say 10 nəfərdir. Yəni ibtidai təhsil səviyyəsinin bir sinfində şagird sayı 10 nəfərdən az olduqda, həmin sinif ibtidai təhsil səviyyəsinin şagird sayı 10 nəfərdən az olan digər bir sinfi ilə birləşdirilərək, komplekt siniflər təşkil olunur.

Bəs siniflərin komplektləşdirilməsi hansı problemlər yaradır?

I və III siniflər birləşdirilir. Belə olduqda bir dərs saatında fənn müəllimi eyni sinifdə eyni fəndən fərqli mövzuda dərs keçir. Həmçinin, siniflər birləşdirilərkən müəllimlərin dərs saatı azalır. Bölgələrdə işləyən gənc müəllimlər üçün həvəsləndirici tədbirlər həyata keçirilsə də, bu, yalnız 5 il müddətini əhatə edir. Dərs saatları azaldığı üçün ucqar kənd məktəblərində heç kim işləmək istəmir. Həvəsləndirici tədbirlər çərçivəsində yolun uzaqlığı nəzərə alınaraq, gənc müəllimlərin əmək haqlarına 90 və 190 manat (H1 və H2 – 90 manatdan vergi tutulmur) əlavə edilir ki, bu da bəzən müəllimlərin yol, kirayə pulunu və ya mövcud şəraitə uyğun olaraq istifadə etdikləri oduncağın pulunu qarşılamır.

Bundan başqa, 1 və 3-cü sinif şagirdlərinin təhsil səviyyəsi, öyrənmə bacarığı fərqlidir. Bu, hər iki sinif şagirdlərinin keyfiyyətli təhsil almasını çətinləşdirir. Yəni III və ya I sinfin şagirdi 45 dəqiqəlik dərsin ona aid olmayan hissəsində də oturmağa məcburdur. Müəllimlərsə bir 45 dəqiqədə uşaq sayı az olsa da müxtəlif mövzuları şagirdləri öyrətməyə məcburdurlar.

Siniflər kompleksləşəndə sinif sayı azaldığı üçün məktəbdə bəzi ştatlar ixtisara düşür və ya yarımştata keçir. Bu da işçilərin iş yerini itirməsinə səbəb olur.

Şəhər məktəblərində isə paralel siniflər birləşdiyi üçün təhsil keyfiyyətinə o qədər təsir etməyə bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Vüsal Kərimli deyib ki, bu, olduqca effektsizdir:

“Belə olduqda təhsilin keyfiyyəti çox aşağı olacaqdı. 45 dəqiqəyə onsuz da bir fənn üzrə hansısa mövzunu şagirdlərə çatdırmaq asan deyil, müxtəlif sinif şagirdlərini birləşdirməklə bu daha da çətinləşir. Bu, qəbuledilməz və heç bir effekti olmayan sisitemdir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO