Sabirabadda 135 min manatı "ələ keçirən" şəxs HƏBS EDİLDİ - FOTO

Sabirabadda 135 min manatı "ələ keçirən" şəxs HƏBS EDİLDİ - FOTO

Hazırda oxunan: Sabirabadda 135 min manatı "ələ keçirən" şəxs HƏBS EDİLDİ - FOTO

215965

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon sakini olan bir nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinən Ziya Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxsin zərərçəkənin etibarından istifadə edərək onunla şərikli biznes quracağı barədə yalan vədlər verdiyi və 135 150 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Z.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO