İslandiya səfirliyinə məxsus avtomobil yol hərəkət qaydalarını pozdu - FOTO

İslandiya səfirliyinə məxsus avtomobil yol hərəkət qaydalarını pozdu - FOTO

Hazırda oxunan: İslandiya səfirliyinə məxsus avtomobil yol hərəkət qaydalarını pozdu - FOTO

215843

“Mən bu diplomatı dərhal ölkədən qovardım”.

Bizim.Media xəbər verir ki, bunu Qərbi Kaspi Universitetinin professoru Elçin Əliyev özünün Facebook səhifəsində yazıb.

O, dediklərini belə əsaslandırıb:

“Bazar günü səhər tezdən. Tamamilə boş yollar: Bülbül prospektində cəmi bir neçə avtomobil var. Ev sahibinə bu qədər hörmətsizlik etmək və onun velosiped yolu ilə açıq-aşkar maşın sürmək olarmı?”.

Xatırladaq ki, professorun paylaşdığı fotoda xarici diplomatın avtomobili velosiped yolu ilə hərəkət edir.

Qeyd edək ki, xarici ölkələrin Azərbaycanın müstəqilliyinin tanınması və ölkəmizdə səfirliyinin açılması sırasına uyğun olaraq İslandiya səfirliyi 42-cidir.

Həmin sıralanmaya uyğun olaraq İslandiya səfirliyinə məxsus avtomobillər 042 seriyası ilə qeydiyyatdan keçib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO