“28 May” metrosunun qarşısında parkın salınması ilə bağlı işlər nə yerdədir? - VİDEO

“28 May” metrosunun qarşısında parkın salınması ilə bağlı işlər nə yerdədir? - VİDEO

Hazırda oxunan: “28 May” metrosunun qarşısında parkın salınması ilə bağlı işlər nə yerdədir? - VİDEO

215794

Üç aydan çoxdur ki, tikintisi aparılan metronun “28 May” stansiyasının qarşısında parkın salınması ilə bağlı işlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, ərazidə əvvəlcə köhnə asfalt örtüyü və səki daşları ərazidən qaşınaraq daşınıb.

Hazırda layihə üzrə dəmir konsturuksiyaların quraşdırılması işləri aparılır.

Xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihəyə əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona da yaradılacaq. Ərazinin bir hissəsində yalnız ictimai nəqliyyatın hərəkətinə icazə veriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin  Bakı regional idarəsinin müdir müavini Tərlan Səfərov bildirib ki, təmsil olunduğu qurum tərəfindən hərəkətin yenidən təşkili və piyadaların təhlükəsizliyi ilə  bağlı müxtəlif layihələr həyata keçirilir. Onun sözlərinə görə, "28 May" stansiyasının qarşısında yerləşən ərazidə yenidənqurma işləri tamamlanmaq üzrədir. Layihə AYNA-nın təklifi əsasında Nəqliyyatı Əlaqələndirmə Şurasında razılaşdırılıb.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO