ŞOK: Bakıda taksi sürücüsündən müştərisi olan qadına əxlaqsız TƏKLİF

ŞOK: Bakıda taksi sürücüsündən müştərisi olan qadına əxlaqsız TƏKLİF

Hazırda oxunan: ŞOK: Bakıda taksi sürücüsündən müştərisi olan qadına əxlaqsız TƏKLİF

21579

Bakıda taksi sürücüsü müştərisi olan qadına əxlaqsız təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə qadının özü sosial şəbəkələrdə yazıb.

O bildirib ki, axşam saatlarında işdən çıxıb, metronun “20 Yanvar” stansiyasının yaxınlığında taksiyə əyləşib:

“Məni və qoca kişini müştəri kimi, götürdü. Və qeyd etdi ki, kişini “Şamaxinka”da düşürüb geri qaydacaq, yerinə başqa adamlar yığıb və yoluna davam edəcək. “Şamaxinka”da kişi maşından düşdü və ikimiz qaldıq. “İnşaatçılar”dan xüsusi sifarişlə müştəri götürəcəyini dedi. Məni “Qurd Qapısı” adlanan əraziyə apardı və içi dolu çanta götürüb qoydu baqaja, maşına isə heç kəs minmədi. Təşvişə düşdüm, hara gedəcəyimizi soruşdum. Anamdan zəng gəlirdi, gecə olduğundan yolları ayrıd edə bilmirdim. Suallar verməyə başladı, bir də baxdım ki, maksimum sürətlə “Sədərək” yolundayıq. O, mənə əxlaqslız təklif edirdi. Həm də məni şantaj edirdi. Anama zəng edib, polisə məlumat verməsi üçün qışqırdım. Ancaq heç bir şey bu əclafa təsir etmədi. Səylərim nəticəsində heç bir şey olmadan məni metronun “20 Yanvar” stansiyasında düşürdü”.

Qadının sözlərinə görə, hadisə barədə polis əməkdaşlarına müraciət edib. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO