Cəlilabaddakı qəzada xəsarət alan şəxs öldü - VİDEO

Cəlilabaddakı qəzada xəsarət alan şəxs öldü - VİDEO

Hazırda oxunan: Cəlilabaddakı qəzada xəsarət alan şəxs öldü - VİDEO

215784

Cəlilabad rayonunda toy karvanında  yaralanan şəxs dünyasını dəyişdi.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1951-ci il təvəllüdlü Əzizağa Əhmədxan oğlu Xudiyev həkimlərin səyinə baxmayaraq, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. 
 

MÖVZU İLƏ BAĞLI:

Cəlilabadda toy karvanında QƏZA: Xəsarət alan var - FOTO/VİDEO


Qeyd edək ki, toy karvanında baş verən nəqliyyat qəzası bu gün Cəlilabad şəhərində baş verib. Bəyin sürdüyü "BMW" markalı minik avtomobili "VAZ 21015" markalı minik avtomobili ilə toqquşub. 

Qəzada ağır xəsarət alan sərnişin 1951-ci il təvəllüdlü Əzizağa Əhmədxan oğlu Xudiyev maşında sıxılı vəziyyətdə qalıb. O, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilərək, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdı.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO