Universitetlərdə tədris olunan bəzi fənlər proqramdan çıxarılacaq? – Nazirin təklifinə REAKSİYA

Universitetlərdə tədris olunan bəzi fənlər proqramdan çıxarılacaq? – Nazirin təklifinə REAKSİYA

Hazırda oxunan: Universitetlərdə tədris olunan bəzi fənlər proqramdan çıxarılacaq? – Nazirin təklifinə REAKSİYA

215604

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 8-də Təhsilin İnkişafı Forumu çərçivəsində təşkil edilmiş “Biliyi dəyərə çevirən sinerji” adlı paneldə çıxışı zamanı bildirdi ki, ali təhsil müəssisələrində proqramların yenilənməsi daima gündəmə gəlir. 

“Ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir. Əgər dəyişikliyə hazırıqsa, bunu edək” .  
 

MÖVZU İLƏ BAĞLI:

Şagirdləri yoran DƏRS YÜKÜ – “Heç kim uşaqlara vurulan zərbəni etiraf etmir”


Nazirin açıqlamasından bir daha aydın olur ki, bu gün ali məktəblərdə bəzi fənlərin keçirilməsi məqsədəuyğun deyil. 

Maraqlıdır, onlar hansı fənlərdir? 

Təhsil eksperti Nadir İsrafilov Bizim.Media-ya açıqlamasında Emin Əmrullayevin fikirlərinə belə münasibət bildirib: 

“Nazirin dediyində həqiqət var. Çünki orta məktəb belədir ki, oradakı fənlər ümumtəhsil fənləridir. Ancaq ali məktəblər ixtisaslı kadr hazırlayırlar. Buna görə də ona peşəsində lazım olacaq fənlərin keçilməsi daha doğrudur. Orada elə fənlər var ki, tələbənin onunla bağlı ümumi təsəvvürü var,  o məlumatları başqa yerlərdən də öyrənə bilər.

Bu gün təəssüfləndirici hallardan biri də dövlət qulluğu üçün imtahan verənlərin az bal yığmasıdır. Bunun səbəbi isə o imtahana sırf ixtisasla bağlı sualların salınmasıdır, imtahan verənlər də ixtisaslarıyla bağlı sualları cavablamaqda çətinlik çəkirlər”.

Bəs hansı fənlər proqramdan çıxarıla bilər?

“Hansı fənlərin çıxarılması bütün universitetlərdə ayrı-ayrı təyin olunmalıdır. Nazirin bu fikri müzakirələrə çıxarılmalıdır ki, hansı ali məktəbdə hansı fənlər çıxarılmalıdır, hansılar qalmalıdır”-deyə müsahibimiz əlavə edib.   

Nadir İsrafilov dərs yükünün çox olmasını diqqət çəkib:  

“Bu gün istər  orta məktəblərdə, istərsə də ali məktəblərdə tədris planı yüklüdür. Fənlərin, dərslərin çox olmasıyla bağlı narazılıqlar çoxdur. Buna görə də bu məsələnin qaldırılması yəqinki bu sahədə müəyyən yeniliklərin, təkmilləşdirilmələrin aparılmasına xidmət edəcək”. 

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO