Aparıcı Mətanət Əliverdiyeva həmkarlarını tənqid edib.
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, M.Əliverdiyeva “Xəzər axşamı” verilişində Əməkdar artist Gövhər Rzayevaya aparıcıların hər zaman təkrar suallar verməsinə münasibətini soruşub.
Aparıcının “Bilmirəm niyə görə aparıcılar sizə eyni sualları verir, məni çıxmaq şərti ilə... Həyatınızla bağlı sizə suallar verirlər. Halbuki siz bu haqda dəfələrlə danışmısınız. Ərinizlə bağlı da açıqlamalar vermisiniz. Amma olmaz belə... Bu xanımda o qədər yeniliklər var ki... Bu xanım başdan-ayağa yenilikdir” sözlərinə musiqiçi belə reaksiya verib:
“Onlar danışmağa söz tapmırlar. Mənə aparıcılar verilişdə sual verirlər. Mən də onlara cavab verirəm. Onlara dəfələrlə deyirəm ki, bu haqda başqa verilişlərdə danışmışam, amma deyirlər ki, yenə danış. Özüm də bundan narazıyam. Eyni şey haqqında nə qədər danışmaq olar? Bezirəm. Deyirlər ki, aşığın sözü qutaranda, yarım-yarım deyir. O aparıcılar da elədir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:00 / 10.10.2024
Gövhər Rzayeva: “Həmin aparıcılardan bezmişəm”
Hazırda oxunan: Gövhər Rzayeva: “Həmin aparıcılardan bezmişəm”
Hazırda oxunan: Gövhər Rzayeva: “Həmin aparıcılardan bezmişəm”
215508
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.