AzTV bu gün Laçından veriliş yayımlayacaq - VİDEO

AzTV bu gün Laçından veriliş yayımlayacaq - VİDEO

Hazırda oxunan: AzTV bu gün Laçından veriliş yayımlayacaq - VİDEO

21541

AzTV-nin “Əsas məsələ” proqramının 18 may buraxılışı Laçın rayonundan yayımlanacaq.

Bizim.Media xəbər verir ki,  AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatına görə, Laçının 1992-ci ildə işğalının və 2020-ci ildə azad edilməsinin təfərrüatı müqayisəli təhlil edilib, verilişin qonaqları işğaldan azad olunan rayonda görüləcək işlər barədə müzakirələr aparıblar.

Laçının Güləbird kəndində aparılmış çəkilişlər zamanı xatırladılıb ki, elə burada da “Ağıllı kənd” layihəsi icra olunacaq.

Verilişə bu gün saat 22:20-də AzTV-də baxa bilərsiniz.

Qeyd edək ki, Laçın rayonu 1992-ci ilin bu günü - 18 may tarixində Ermənistan tərəfindən işğal olunmuşdu. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu yenidən Azərbaycanın nəzarəti altına keçib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO