2 yaşlı uşağın ölümündə günahlandırılan sınıqçı ilə bağlı QƏRAR VERİLDİ

2 yaşlı uşağın ölümündə günahlandırılan sınıqçı ilə bağlı QƏRAR VERİLDİ

Hazırda oxunan: 2 yaşlı uşağın ölümündə günahlandırılan sınıqçı ilə bağlı QƏRAR VERİLDİ

215317

Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Qubadlı Nəzrin Emin qızının xalq təbabətilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda sentyabrın 7-də araşdırma aparılıb.

Bizim.Media xəbər verir ki, araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Biləsuvar rayon məhkəməsinin bu gün verdiyi qərara əsasən isə cinayətdə günahlandırılan sınıqçı Nərgiz İmanova barəsində 2 aylıq ev dustaqlığı elan edilib.

Xatırladaq ki, bir müddət əvvəl Biləsuvarda yaşayan Qubadovlar ailəsi Nəzrinin ayağında yaranan problemlə bağlı 60 yaşlı kənd sınıqçı-massajçı Nərgiz İmanovaya müraciət etmiş və prossedur zamanı uşaq həyatın itirmişdi.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO