Şəkidə ağır qəza: Piyada xəsarət aldı

Şəkidə ağır qəza: Piyada xəsarət aldı

Hazırda oxunan: Şəkidə ağır qəza: Piyada xəsarət aldı

215295

Şəkidə qəza baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 69 yaşlı Kiş kənd sakini Camal Xalıqov küçənin tinində qəflətən Afiq Hüseynovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobilinin qarşısına çıxıb.

Qəzadan sonra Camal Xalıqov müxtəlif dərəcəli bədən xəsarətləri aldığından dərhal xəstəxanaya çatdırılıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasında ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam etdirilir.

Baş vermiş qəzanın təfərrüatları araşdırılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO