Ülviyyə Namazovanın müğənni qardaşı BIÇAQLANDI - FOTO

Ülviyyə Namazovanın müğənni qardaşı BIÇAQLANDI - FOTO

Hazırda oxunan: Ülviyyə Namazovanın müğənni qardaşı BIÇAQLANDI - FOTO

215248

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu 1-ci mədən yaşayış massivi ərazisində 1985-ci il təvəllüdlü Vüqar Namazov bıçaqlanıb.

Bıçaq xəsarəti alan zərərçəkmiş Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat edilib. Onun həyatını xilas etmək mümkün olub.

Bildirilir ki, özü də müğənni kimi fəaliyyət göstərən Vüqar Namazov ifaçı Ülviyyə Namazovanın qardaşıdır. Onlar adətən duetlər ifa edirlər.

V.Namazovu bıçaqlamaqda şübhəli bilinən şəxs isə onun qonşusudur. İlkin məlumata əsasən, hadisə tərəflər arasında baş vermiş münaqişə zəminində qeydə alınıb.

Məlumata görə, münaqişə V.Namazovun avtomobildə musiqiyə yüksək səslə qulaq asmasına görə başlayıb.

Belə ki, qonşusu gecə saatlarında müğənnidən musiqinin səsini aşağı salmasını tələb edib. Nəticədə tərəflər arasında dava düşüb və Vüqara bıçaqla xəsarət yetirilib.

Xəstəxanaya yerləşdirilən müğənni qonşusundan şikayətçi olmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO