Bakıda xəstəxana yaxınlığında YANĞIN OLUB - VİDEO

Bakıda xəstəxana yaxınlığında YANĞIN OLUB - VİDEO

Hazırda oxunan: Bakıda xəstəxana yaxınlığında YANĞIN OLUB - VİDEO

215199

Bakının Xətai rayonu Ramiz Quliyev küçəsində təkər tullantıları toplanmış qarajda qeydə alınıb.

Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun "112" qaynar xəttinə ilkin məlumata əsasən təkər tullantıları toplanmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb.

Qeyd edək ki, yanğının baş verdiyi qarajın yaxınlığında Respublika Neyrocərrahiyyə Xəstəxanası, yanacaqdoldurma məntəqəsi və yaşayış binası var.

Həmin görüntüləri təqdim edirik:    

 Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO