Şuşada TDT səhiyyə nazirlərinin Birgə Bəyannaməsi qəbul edildi - FOTO

Şuşada TDT səhiyyə nazirlərinin Birgə Bəyannaməsi qəbul edildi - FOTO

Hazırda oxunan: Şuşada TDT səhiyyə nazirlərinin Birgə Bəyannaməsi qəbul edildi - FOTO

215152

Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında yekun sənəd - Birgə Bəyannamə qəbul olunub.

Bizim.Media xəbər verir ki, sənəddə TDT-nin səhiyyə sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun 2024-cü il üçün Fəaliyyət Planının təsdiqi, habelə vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi kimi məsələlər öz əksini tapıb.

Bundan əlavə, Bəyannamədə Təşkilata üzv və müşahidəçi ölkələrinin milli qanunvericiliyinə uyğun olaraq, TDT çərçivəsində vahid rəqəmsal səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsinin vacibliyi qeyd edilib.
 

Həmçinin, sənəddə “Türktransplant sisteminin təsis edilməsinə dair Niyyət Protokolu”nun, eyni zamanda TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirliklərinin elmi-tədqiqat institutları və mərkəzləri arasında Anlaşma Memorandumlarının imzalanılmasının əhəmiyyəti vutğulanıb.


Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasının yekunlarına əsasən, Təşkilatın səhiyyə nazirlərinin növbəti görüşünün Qazaxıstanda keçirilməsi qərara alınıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO