Şuşada "Türktransplant" sisteminin yaradılmasına dair Niyyət Protokolu imzalandı - YENİLƏNİB/FOTO

Şuşada "Türktransplant" sisteminin yaradılmasına dair Niyyət Protokolu imzalandı - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Şuşada "Türktransplant" sisteminin yaradılmasına dair Niyyət Protokolu imzalandı - YENİLƏNİB/FOTO

215100

Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında “Türktransplant”ın təsis edilməsinə dair Niyyət Protokolu imzalanıb.

Bizim.Media xəbər verir ki, tədbirdə sənədin müasir zamanda transplantologiya sahəsinin bir çox ciddi xəstəliklərin müalicəsi problemlərini kökündən həll etməyə imkan verdiyini vurğulanıb.

*** 12:25

“Bu gün səhiyyə sahəsində münasibətlərin dərinləşməsinə və gələcək birgə fəaliyyətlərin inkişafına təkan verəcək ikitərəfli sənədlərin və Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolunun imzalanmasına şahidlik edəcəyik”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasının açılışında çıxış edən Azərbaycan səhiyyə naziri Teymur Musayev deyib. 

“TDT-na üzv və müşahidəçi ölkələrinin Vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsini birgə fəaliyyətimizin əsas istiqamətləri hesab edirik”, - deyə Azərbaycan səhiyyə naziri əlavə edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO