Şuşaya qayıdan sakin: "30 il bizim üçün çox itkilərlə, acılarla yadda qaldı"

Şuşaya qayıdan sakin: "30 il bizim üçün çox itkilərlə, acılarla yadda qaldı"

Hazırda oxunan: Şuşaya qayıdan sakin: "30 il bizim üçün çox itkilərlə, acılarla yadda qaldı"

215067

“Ötən 30 il bizim üçün çox itkilərlə, acılarla yadda qaldı. Atam şəhid oldu, yaxınlarımdan Şuşanın həsrəti ilə rəhmətə gedənlər oldu. Allaha dua edirdik ki, bu günləri görmək bizə qismət olsun. İndi şükür, ümidimiz doğruldu”.

Bizim.Media xəbər verir ki, bu sözləri bu gün Şuşa şəhərinə köçən keçmiş məcburi köçkün Rafiq Hüseynov jurnalistlərə açıqlamasında deyib.
 

“Biz hər zaman dövlətimizin başçısına inanırdıq. İnanırdıq ki, qayıdacağıq. Onun sözləri hər zaman bizə dayaq idi. Prezidentimiz bizə verdiyi sözü hər zamankı kimi tutdu. Ona çox minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlıq versin, Ordumuzu qorusun. Dövlətimiz var olsun”,- deyə sakin əlavə edib.


Qeyd edək ki, bu gün Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə 16 ailə (60 nəfər) öz doğma yurduna qayıdıb. Bununla da Şuşa şəhərində ümumilikdə 220 ailənin (823 nəfərin) məskunlaşması təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO