Bakıdakı partlayışın ilkin SƏBƏBİ AÇIQLANDI

Bakıdakı partlayışın ilkin SƏBƏBİ AÇIQLANDI

Hazırda oxunan: Bakıdakı partlayışın ilkin SƏBƏBİ AÇIQLANDI

214970

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verməsi barədə məlumat daxil olub. 

FHN Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda PARTLAYIŞ: 6 nəfər xəsarət aldı – YENİLƏNİB


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ümumi sahəsi 40 kv.m. olan qazanxanada ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. 


Partlayış nəticəsində qazanxana binası və ərazidə sahəsi 240 kv.m. olan tikilinin konstruksiyaları dağılıb, yaxınlıqdakı dördmərtəbəli binanın pəncərə şüşələri qırılıb, 3 avtomobilə ziyan dəyib. Hadisə nəticəsində xəsarət almış 6 nəfər müvafiq tibb müəssisələrinə yerləşdirilib. 

FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO