“Binamız 60 ildir təmir olunmur, baxımsız vəziyyətdədir...” - ŞİKAYƏT/FOTO

“Binamız 60 ildir təmir olunmur, baxımsız vəziyyətdədir...” - ŞİKAYƏT/FOTO

Hazırda oxunan: “Binamız 60 ildir təmir olunmur, baxımsız vəziyyətdədir...” - ŞİKAYƏT/FOTO

214732

“Binamızın 60-dan çox yaşı var, inşa olunduğu vaxtdan indiyədək təmir olunmayıb. Kanalizasiya boruları xidmət müddətini çoxdan başa vurduğundan çirkab suları tez-tez mənzillərdən xaricə sızır. 2000-ci il zəlzələsindən divarlarda çatlar yaranıb, baxımsız vəziyyətdədir”.

Bizim.Media xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya Bakının Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 33 nömrəli binanın bir qrup sakini müraciət edib.

Sakinlərin sözlərinə görə, 11 blok və 165 mənzildən ibarət üç binada 800-ə yaxın insan yaşayır.

Onlar qonşuluqdakı binaların təmir olunduğunu, lakin sözügedən binaya fərqli münasibət göstərildiyini düşünürlər: “2020-ci ildə bizim binanın qonşuluğunda yerləşən 35 və 37-ci binalar əsaslı təmir olundu. Bizim binanın da təmir olunacağı deyilsə də, bir nəticə olmadı. Həmçinin bu ilin yanvar ayında 42 nömrəli binanı təmir edib sakinlərin istifadəsinə verdilər. Amma nədənsə, bizim binaya ögey münasibət göstərilir. Nəzərə alaq ki, binamız şəhərin mərkəzində, ABŞ səfirliyinin və bir sıra universitetlərin yaxınlığında yerləşir”.


Sakinlər ötən dövr ərzində binada kommunal qurğuların yenilənmədiyini, pilləkənlərin qopub töküldüyünü, blokların bir çoxunda giriş qapılarının sınmış vəziyyətdə və ya ümumiyyətlə, olmadığını deyirlər. Xüsusən qış aylarında binanın zirzəmi və dam hissəsindən keçən istilik sistemi sıradan çıxdığından mənzillərin istilik təminatı pozulur: “Binanın həyətində də sakinlərin istirahəti, asudə vaxt keçirməsi üçün heç bir şərait yoxdur. Həyətdə 40-50 il əvvəl əkilmiş yaşlı ağaclarda heç bir budama işləri aparılmayıb. Hündür ağaclar qırıldıqda sakinlər, xüsusilə azyaşlı uşaqlar və avtomobillər üçün təhlükə yaranır. Binanın həyətində sovet dönəmində quraşdırılımış xarici işıqlandırma dirəkləri nasaz vəziyyətdə olduğundan gecə vaxtında qaranlıq, zülmət hökm sürür”.

Şikayətçilər dəfələrlə aidiyyəti dövlət orqanlarına ərizə ilə yazılı şəkildə müraciət etsələr də, heç bir tədbir görülmədiyini bildirirlər.


Problemlə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edilib. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, həmin ünvanda abadlıq işləri aparılacaq: “Nəsimi rayonu Süleyman Rüstəm küçəsi 33 ünvanında yaşayan bir qrup sakinin müraciəti ilə bağlı bildiririk ki, rayon ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə davam etdirilir. Sözügedən ünvanda da abadlıq işlərinin aparılması nəzərdə tutulub”.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO