Millimiz ardıcıl ikinci qələbəsini QAZANDI

Millimiz ardıcıl ikinci qələbəsini QAZANDI

Hazırda oxunan: Millimiz ardıcıl ikinci qələbəsini QAZANDI

214715

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

Bizim.Media xəbər verir ki, millimiz İspaniyanın Kadiz şəhərində Gürcüstan yığması ilə qarşılaşıb. Görüş komandamızın 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolları Elşad Manafov (2), Sabiq Allahquliyev, Ramil Əliyev, Amid Nəzərov, Kamran Qürbətov və Bayram Bayramlı vurublar.

Qeyd edək ki, A qrupunda yer alan komandamız ilk oyununda İngiltərə yığması üzərində 4:0 hesablı qələbə qazanıb. Millimiz oktyabrın 7-də İspaniya (20:00) seçməsi ilə üz-üzə gələcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO