Xəbər verildiyi kimi ötən gün gecə saatlarında Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində baş verən dəhşətli qəzanın təfərrüatları məlum olub.
Bizim.Media-ya bu barədə məlumat verən Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyevin sözlərinə görə hadisə oktyabrın 4-də axşam saat 21.30 radələrində yolun 52-ci km-də qeydə alınıb. Qubadan Bakı istiqamətə gedən 3 avtomobilin bir-birilə toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Məlumata görə Bakının Yasamal rayon sakini, 49 yaşlı Rövşən Abdulla oğlu Salamov idarə etdiyi "BMW" markalı avtomobillə Bakı istiqamətinə gedərkən qarşıda hərəkətdə olan Siyəzən sakini Əjdər Baba oğlu Əzizovun idarə etdiyi "Fosfagen"markalı avtomaşın, İmişli rayon sakini Cavid Qənbərovun idarə etdiyi "Mitsibusi' markalı avtomaşınla toqquşub. Daha sonra "Fosfagen"markalı maşın "BMW"-yə toxunub və sonuncu nəqliyyat vasitəsi yolun sağına aşıb.
MÖVZU İLƏ BAĞLI:
Xızıda DƏHŞƏTLİ QƏZA: Bir nəfər ölüb, üç yaralı var
Nəticədə "BMW"-nin sürücüsü Rövşən Salamov və sərnişini, 32 yaşlı Türkanə Şükürzadə dünyasını dəyişib. Digər 2 sərnişin Rövşən Məmmədov və Nərgiz Hüseynzadə isə müxtəlif xəsarətlərlə Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıblar.
Bakı-Quba yolunun "Yaşma bağları"adlanan masssivindən keçən hissəsində baş verən zənzirvari yol qəzası ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar gedir. Qəzanın hansı avtomaşının sürcüsünün günahı ucbatından baş verməsi təyin ediləcək avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu