Model Razini döyən Ziya Hüseynzadənin MƏHKƏMƏSİ – 12 yaşlı şahid nələri AÇIQLADI?

Model Razini döyən Ziya Hüseynzadənin MƏHKƏMƏSİ – 12 yaşlı şahid nələri AÇIQLADI?

Hazırda oxunan: Model Razini döyən Ziya Hüseynzadənin MƏHKƏMƏSİ – 12 yaşlı şahid nələri AÇIQLADI?

214576

Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Kənan Rəsulov dindirilməsi prosesi başa çatıb.

Müdafiə vəkili zərərçəkmiş şəxsə Ziya Hüseynzadə və şirkəti ilə onun arasında bağlanmış müqavilə, iddiadan öncəki pul çıxarmalarla bağlı suallar ünvanlayıb.

Lakin zərərçəkmiş şəxsin vəkili sualların təkrarlandığını və bəzi sualların işlə əlaqəsiz olduğunu iddia edərək etiraz edib. Bu zaman vəkillər arasında mübahisə yaranıb. 
 

Kənan Rəsulov ünvanlanan digər suallara cavab olaraq bildirib ki, o, təqsirləndirilən şəxsin hazırladığı müqaviləni 2018-ci ildə imzalayıb. Müqavilədən aldığı pul ilə o, müasir istixana avadanlıqları alıb. Lakin Z.Hüseynzadə həmin müqavilənin surətini 2022-ci ildə göndərib. Bu da məhkəmədə çaşqınlıq yaradıb.


Daha sonra iclasda K.Rəsulovun öz şirkətinə borc verdiyi sənəd təqdim olunub. Zərərçəkmiş bu faktı təsdiqləyib. Hakim Azad Məcidov isə müqavilələrin iki və ya daha çox şəxs arasında bağlanmalı olduğunu bildirərək həmin sənədi etibarsız hesab edib.

Prosssin davamında Ziya Hüseynzadə zərərçəkmişə göndərdiyi sənədin saxta olduğunu iddia etməsinin səbəbini soruşub. 

K.Rəsulov bildirib ki, o borc müqaviləsi ilə heç bir bankdan pul çıxara bilməyib. 

Ziya Hüseynzadə Zərərçəkmişə mülki iddia ilə bağlı da sual ünvanlayıb:

"Kənan, siz mülki iddia qaldırmaq üçün kiminləsə məsləhətləşmək istədiyinizi bildirdiniz. Deyək ki, sizə dələduzluq etmişəm. Siz nə qədər məbləğ olduğunu bilmirdiniz ki, məsləhətləşməyə ehtiyac duydunuz?"

Kənan Rəsulov bu sualın cavabında bildirib ki, məbləği bilib, amma hüquqi məsələləri məsləhətləşmək istəyib.

Məhkəmə cinayət işinə əlavə edilmiş müvafiq gömrük bəyannamələrinin üzərində ştampların mövcud olmaması ilə bağlı Gömrük Komitəsinə müvafiq sorğu ünvanlamaq məsələsini qaldırıb. Buna etiraz edilməyib.

İclasın davamında Kənan Rəsulovun oğlu H.Rəsulov şahid qismində çıxış edib. Onun 12 yaşında olması etirazlara səbəb olub.

Məhkəmə yerində müşavirə edərək qərar qəbul edib ki, hüquqi varisinin yanında azyaşlının şahidlik etməsində heç bir problem yoxdur. Şahid bildirib ki, Ziyanı sadəcə bir dəfə görüb. İstintaq vaxtı bununla bağlı ifadə verib. H.Rəsulov kafedə gördüklərindən danışıb.

"Atam kafedə Ziya əmiyə dəstələrlə dollar verdi. Söhbət də etdilər. Lakin, biz orada oturmadıq. Kafedən öncə Muğan banka getdik. Pulu kassadan çıxardıq. Mən ilk dəfədir ki, atamın oradan pul çıxardığını gördüm. Ya 10, ya da 11 yaşım olardı. Atamla getməyimin səbəbi anamın evdə olmamağı olub". 

Daha bir şahid Rəhim Quliyev gəlmədiyi üçün haqqında məcburi gətirilmə qərarı çıxarılıb. Onun da iştirakının təmin edilməsi məqsədilə proses 16 oktyabr tarixinədək təxirə salınıb.

Qeyd edək ki, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” MMC-lərin təsisçisi olan Ziya Hüseynzadədənin dələduzluq, vəzifə saxtakarlığı kimi əməllər törətməsinə şübhələr müəyyən edilib.

İstintaqla Z.Hüseynzadənin 2022-2023-cü illərdə digər şirkət rəhbərləri ilə əlbir olaraq onlara məxsus obyektlərin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair “Avropa Yenidənqurma və İnkişaf Bankı”na etdikləri müraciətlər üzrə külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr aşkar edilib.
 

Həmçinin 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsi müəyyənləşib.


Xatırladaq ki, təqsirləndirilən Ziya Hüseynzadə tanınmış model Raziyyət Əliyevanı döyməkdə təqsirləndirilir. Bununla bağlı açılmış cinayət işi üzrə də hazırda məhkəmə araşdırması davam edir.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO