TOGG avtomobilinin yeni modeli təqdim edildi - FOTO/VİDEO

TOGG avtomobilinin yeni modeli təqdim edildi - FOTO/VİDEO

Hazırda oxunan: TOGG avtomobilinin yeni modeli təqdim edildi - FOTO/VİDEO

214424

Türkiyənin Adana şəhərinin sakinləri və qonaqlarına yeni yerli TOGG avtomobil modeli təqdim edilib.

Bizim.Media xəbər verir ki, sedan versiyasında “TF10” avtomobilinin təqdimatı 10-cu “TEKNOFEST-2024” Aviasiya, Texnologiyalar və Kosmonavtika festivalı çərçivəsində baş tutub.

Bursa vilayətinin Gemlik bölgəsindəki avtomobil zavodunun konveyerlərindən düşən ilk TOGG modeli – “SUV T10 X” olub.
 

Eyni zamanda, TOGG-un “TF10” sedanının ehtiyat gedişi “T10 X” versiyası ilə müqayisədə 80 kilometr çoxdur və 600 kilometrə çata bilər.


Ötən həftə yerli elektromobilin yeni modelinin sükanı arxasına ilk əyləşən Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır olub.

“TOGG” şirkətinin nümayəndələri daha əvvəl bildirmişdilər ki, “TF10” modeli üçün sifarişlər 2025-ci ilin birinci rübündə qəbul edilməyə başlayacaq və sedanlar gələn ilin aprelində konveyerdən çıxacaq.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO