Lənkəran rayon mərkəzi xəstəxanasında yeni təyinat olub.
Bizim.Media xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun sərəncamına əsasən Lənkəran rayon mərkəzi xəstəxanasının müdir müavini vəzifəsinə Elgiz Dünyamalı oğlu Baxşəliyev təyin olunub.
E.Baxşəliyev bu vəzifəyə kimi xəstəxananın təcili yardım şöbəsinin müdiri vəzifəsində işləyib.
Lənkəran rayon mərkəzi xəstəxanasının müdiri Ağabala Kəlbiyevin verdiyi sərəncama görə Vüsal Mirzəhəsən oğlu Dənziyev təcili yardım şöbəsinə müdir təyin olunub.
V.Dənziyev bu vəzifəyə kimi həmin şöbədə terapevt kimi çalışıb.
Sabutay, Bizim.Media, Cənub bürosu