10 yaşlı Nərmini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı

10 yaşlı Nərmini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı

Hazırda oxunan: 10 yaşlı Nərmini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı

21433

Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən kənd sakini İlkin Süleymanovun məhkəməsi başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə apa-ya onun vəkili Murtuzəli Abbasov məlumat verib.

Bildirib ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə hazırlıq iclası keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Nərminin nənəsi prezidentə müraciət etdi: - “Balamın əsl qatili tapılsın, sizə inanıram”


İttiham aktında qeyd olunub ki, Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib, ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

Məhkəmə baxışı iyunun 1-nə təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO