Özünü “məxfi şöbə”nin əməkdaşı kimi təqdim edib, başqasının evini satmaq istədi – 100 minlik DƏLƏDUZLUQ

Özünü “məxfi şöbə”nin əməkdaşı kimi təqdim edib, başqasının evini satmaq istədi – 100 minlik DƏLƏDUZLUQ

Hazırda oxunan: Özünü “məxfi şöbə”nin əməkdaşı kimi təqdim edib, başqasının evini satmaq istədi – 100 minlik DƏLƏDUZLUQ

214212

Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Kənan Balasənlinin cinayət işi üzrə məhkəməsində zərərçəkmişlər dindirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elçin İbrahimov ifadə verib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs ona 1003 manat maddi ziyan vurub:

"Mən əmlak şirkətində işləyirəm. Mənə dedi ki "Zabitlər bağı"nda ev var və onu satmaq lazımdır. Onun dediyinə görə, ev guya onun mühafizəçisinə məxsusdur. Sonradan məlum oldu ki o ev başqasının evi imiş. Bizə özünü adminstrasiya işçisi kimi təqdim etdi. Deyirdi ki, "məxfi şöbə"nin əməkdaşıyam. Mənə dedi ki, yaxşı pul qazanmaq istəyirsənsə, kriptovalyutaya pul qoy. Bildirdi ki, azı hər ay 1500-2000 manat qazanc əldə edəcəm. Elə də etdim. Lakin mənə pul yollamırdı. Nə vaxt da yığırdım fərqli-fərqli ölkələrin adlarını çəkərək ezamiyyətdə olduğunu deyirdi. Sən demə, onun indiyədək mənə dedikləri hamısı yalan imiş. Onun mənə vurduğu zərər 1003 manatdır və şikayətçiyəm".

Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, K.Balasənliyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə dəymiş ziyan ümumilikdə 100 min manatdan artıqdır.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO