Şagirdləri küncə düzən MÜƏLLİMLƏR – Dərsdə özünü apara bilməyənlər necə cəzalandırılmalıdır?

Şagirdləri küncə düzən MÜƏLLİMLƏR – Dərsdə özünü apara bilməyənlər necə cəzalandırılmalıdır?

Hazırda oxunan: Şagirdləri küncə düzən MÜƏLLİMLƏR – Dərsdə özünü apara bilməyənlər necə cəzalandırılmalıdır?

214209

Məktəblərdə uşaqların təlim tərbiyə prosesi cəmiyyətimizdə hər zaman müzakirə olunan mövzudur. Hələ də müəllimlər uşaqları cəzalandırarkən küncdə saxlayır, yaxud şiddətin fərqli yolları ilə  başa salmağa çalışırlar. Bir sözlə müəllimlər uşaqları öz metodları ilə tərbiyələndirməyə çalışırlar.

Amma cəmiyyətimiz bu mövzuda iki yerə ayrılır. Kimisi düşünür ki, uşaqlarla sərt davranmaq onlara daha müsbət təsir edir. Həm də müəllimlərin tərbiyə metoduna qarışmaq, onların nüfuzunu aşağı salır deyə fikirlər irəli sürürlər. Bəzi valideynlər də əksinə, bu yanaşmanın əleyhinədir və uşaqlarının sinif yoldaşlarının yanında alçalmasını, utanmasını istəmirlər.

Bəs məktəblərdə davranış qaydalarına riayət etməyən uşaqlar necə cəzalandırılmalıdır?
 

MÖVZU İLƏ BAĞLI:

Müəllim, şagird, valideyn arasındakı konfliktlərdə günahkar kimdir? - PROBLEM


Təhsil eksperti Nadir İsrafilov Bizim.Media-ya məktəblərdəki təlim tərbiyə metodlarından danışıb. O bildirib ki, keçmiş dövrdəki yanaşmalar davam etdirilsəydi, daha uğurlu nəticə almaq olardı:

“Bir vaxtlər məktəblərin foyesində “Əxlaq kodeksi” asılardı, dəhlizlərdə “Ədəb qaydaları” guşələri yaradılardı. Şagirdlərin fənlər üzrə rüblük qiymətləndirilməsi ilə yanaşı, yarımillik əxlaq qiymətləndirilməsi həyata keçirilərdi. Məktəbi bitirən məzunlara kamal attestatı ilə yanaşı,  əxlaqına dair xasiyyətnamə verilərdi. Sonralar “əxlaq” sözü “davranış” ifadəsi ilə əvəz olundu. Təlimə ifrat dərəcədə aludəliyimiz isə, tərbiyə məsələlərini arxa plana keçirdi, davranış anlayışını pedaqoji leksikonumuza yadlaşdırdı. Halbuki, neçə nəsil təhsilə bu kimi yanaşmalardan kifayət qədər yararlanıb, faydalanıb. Əgər məktəb təlim-tərbiyə ocağıdırsa, şagirdlərin yekun qiymətləri ilə yanaşı davranışı niyə qiymətləndirilməsin?”

“Bu doğru yanaşma deyil”

Psixoloq Gülər Məmmədova isə bildirib ki, şiddətin tərbiyə metodu kimi tətbiqi hər kəs tərəfindən yolverilməzdir:

Pedoqoqların bu sahədə özlərinin aldığı təhsildə qeyd olunur ki, şagirdin davranış pozuntusu ona şiddətlə deyil, sözlə bildirilməlidir. Hər pedoqoqun borcu şagirdin psixologiyasını öyrənməkdir. Sadəcə bəzi situasiyalar olur ki, şagirdin davranışlarında müəyyən adekvat hərəkətlər olur. Köhnə ənənəvi üsullardan istifadə edərək bəziləri uşaqlara vurulan şilləni, təpiyi, qapazı üstün tutub bu ifadəni işlədirlər ki, “bir çox uşaqlar döyülməsə sakitləşmirlər, qanmırlar”. Təəssüflər olsun ki, bu ifadələrlə böyüyən uşaqlar nəyisə öyrənməmişdən qabaq döyülməyi, incidilməyi, narahat olmağı gözləyirlər. Uşaqlarda fiziki şiddətə maraq oyanır. Bu günün şəxsiyyətinə çevrilən fərdi döymək doğru deyil. Bəzi uşaqların davranış pozuntuları olur, onlara “ipə-sapa yatmayan” uşaqlar deyirlər. Bu cür uşaqların da kökündə fiziki şiddət yatır”.

Məktəblərdə baş verən hadisələrə qarşı hansı tədbirlər görülür?

Nadir İsrafilov qeyd edib ki, son zamanlar məktəblərdə baş verən və gündən-günə kütləvi xarakter almaqda davam edən, məktəbi, müəllimi gözdən salan bir sıra xoşagəlməz hadisələr nəjayət ki,  təhsil orqanlarını hərəkətə keçməyə təhrik edib:

“Nazirlik rəsmiləri tərəfindən yayılan məlumatlara əsasən sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi və təkmilləşdirilməsi prosesinə start verilib. Digər xəbərə görə, məktəblərdə yaşanan hadisələrin təkrarlanmasının qarşısının alınması məqsədilə şagirdlərin psixoloji pasportlarının hazırlanması işinə başlanılıb. O da etiraf olunub ki, telefonların məktəbə gətirilməsi və şagird davranışları barədə yeni qaydalar hazırlanmalıdır”. 

Nuray, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO