Polis Şəkidə əməliyyat keçirdi: TUTULAN VAR - FOTO

Polis Şəkidə əməliyyat keçirdi: TUTULAN VAR - FOTO

Hazırda oxunan: Polis Şəkidə əməliyyat keçirdi: TUTULAN VAR - FOTO

214118

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 yaşlı Ramal Eyubov Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, ondan 1 kiloqram 270 qram heroin və 2 kiloqram 300 qram marixuana aşkar olunub. 

Araşdırmalarla R.Eyubovun maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan şəxs tərəfindən narkokuryerliyə cəlb olunduğu müəyyən edilib.

O, qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən həmin narkotik vasitələri sifariş əsasında Qazax rayonuna çatdırmalı və bunun qarşılığında maddi gəlir əldə etməli imiş.

Məhkəmənin qərarı ilə R.Eyubov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

 


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO