YAP-da Siyavuş Novruzovun vəzifəsini bu şəxs icra edəcək – YENİ TƏYİNAT

YAP-da Siyavuş Novruzovun vəzifəsini bu şəxs icra edəcək – YENİ TƏYİNAT

Hazırda oxunan: YAP-da Siyavuş Novruzovun vəzifəsini bu şəxs icra edəcək – YENİ TƏYİNAT

21406

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında yeni təyinat olub.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat Telegram kanallarında yayılıb.

Mənbə yazır ki, Əhliman Tağıyev YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri təyin edilib. 1968-ci il təvəllüdlü Ə.Tağıyev 1999-cu ildən YAP Siyasi Şurasının üzvü olub.

Qeyd edək ki, bu vəzifədə uzun müddət YAP-ın tanınmış siması, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov çalışıb. O, 22.08.2020-ci ildə Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə karantin rejiminin tələblərini kobud surətdə pozub. Bu səbəbdən ona partiyada töhmət elan edilib. Hadisədən 2 gün sonra Siyavuş Novruzov YAP-ın icra katibinin müavini postundan istefa verib. Sentyabr ayında isə partiyanın Təşkilat şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO