Aşıq Ələsgərin heykəlini tənqid edənlərə nəticəsindən CAVAB

Aşıq Ələsgərin heykəlini tənqid edənlərə nəticəsindən CAVAB

Hazırda oxunan: Aşıq Ələsgərin heykəlini tənqid edənlərə nəticəsindən CAVAB

213990

Xəbər verildiyi kimi, sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı baş tutub. Abidənin açılışından sonra sosial mediada paylaşılan heykəlin fotoları tənqidlərə yol açıb.

Paylaşımlarda hazırlanmış abidədə Aşıq Ələsgərin obrazının daha balacaboy təəssüratı yaratdığı, eyni zamanda onun sazı sinəsində yox, havada tutması tərzi qınanılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib - FOTO/VİDEO


Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli Bizim.Media-ya açıqlamasında məsələyə belə münasibət bildirib:

“Birmənalı deyə bilərəm ki, heykəl çox gözəldir. Heykəltaraş orada bir əsər yaradıb, kompozisiya qurub və elə Ələsgər yaradıcılığını da orada həkk etdirib. Çox məqamlara irad bildirilir. Hətta sazın sol əldə tutulmasını tənqid edənlər var. Aşıq Ələsgərin yaradıcılığını bilməyən adamların belə iradlar bildirməsi doğru deyil. Bəziləri deyir ki, boyu balacadır. Necə yəni? Orada 4 metr hündürlük var. Heykəlin qoyulduğu yer mərkəzi küçələrin birləşdiyi ərazidir və keçənlərin hamısı o heykəli görür. Yəni böyük ölçüdə heykələ gərək yoxdur. 

Üstəlik heykəli böyük qoymaq, onun şəxsiyyətini böyük göstərmək anlamına gəlmir. Hətta deyirlər ki, sazı yuxarıda tutub. Əslində Aşıq Ələsgər tək aşıq deyil, sadəcə olaraq sözü sazla xalqa çatdırır. Sazda isə şah məqama çatmaq var. Bilirsiz ki, Aşıq Ələsgər yazmayıb və pozmayıb. Məqamı çatanda sazı götürüb, sözü deyib. 

Hətta onun xatirələrində də əks olunub ki, deyişmələrdə çətinə düşəndə Allahla məqama girib. Salavat çevirərək, sazı sinəsinə basıb və deyib. Çox böyük şəxsiyyət olub və 22 janrda şer növünə toxunub. 4-nü isə məktəb olaraq özü yaradıb. Ələsgər yaradıcılığını bilməyən adamlar təbii ki, heykələ fərqli baxa bilərlər”. 

Xətai Ələsgər heykəli bəyənməyənlərə də çağırış edib: 

“Mən xahiş edirəm nöqsan tutanlar gedib heykəlin yanında iradlarını bildirsinlər. Çünki heykəlin ətrafında Aşıq Ələsgərə aid ibrətamiz sözlər və xatirələr var. Bu baxımdan deyilən fikirlərin heç biri ilə razılaşmıram. Sadəcə millətimizin canında var. Aşıq Ələsgər heykəlində oturaq vəziyyətdə də olsaydı, nəsə tapıb deyəcəkdilər. 

Fikrimcə, onun ancaq qəbirüstü abidəsində oturaq heykəli olmalıdır. Bu isə dinamikadır. Aşıq Ələsgər haray çəkir, burda irfan, fəlsəfə və Allahla təmas var. Üz cizgilərində də filosofluğu tərənnüm edilib. Mən rəssama təşəkkürümü bildirirəm ki, bu obrazı yarada bilib. Ailəlikcə hamımızın ürəyincədir. Kənarda deyilənlər isə sadəcə ürək bulandırır. Heykəli bəyənməyənlər bizim ədəbi məclislərimizə qoşulsunlar, orada onlara hər şey aydın olacaq”.

Qeyd edək ki, açılışı olan Aşıq Ələsgərin abidəsinin müəllifi xalq rəssamı Natiq Əliyevdir

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO