Ağdam şəhərinə ilk köçün vaxtı AÇIQLANDI

Ağdam şəhərinə ilk köçün vaxtı AÇIQLANDI

Hazırda oxunan: Ağdam şəhərinə ilk köçün vaxtı AÇIQLANDI

213856

Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır. 

Bizim.Media xəbər verir ki, bunu "report.az"a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. 

O qeyd edib ki, azad edilən ərazilərə köçürülən vətəndaşlar üçün dövlət hər cür şərait yaradıb: 

"Bu işlər Böyük Qayıdışa dair birinci Dövlət Proqramı çərçivəsində plana uyğun qaydada davam edir. Məşğulluq və infrastruktur məsələlərini düzgün ardıcıllıqla planlaşdıraraq bunu edirik". 

O qeyd edib ki, hazırda Ağdam rayonunun üç kəndində quruculuq işləri davam edir: 
 

"Prezident İlham Əliyev sonuncu dəfə Ağdama səfər etmişdi. Orada hazırda üç kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Baş Qərvənd kəndində də slovakiyalı mütəxəsisslərlə birgə kəndin bərpası üzrə işlər gedir. 


Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Şəhərin özündə beş məhəllənın salınması nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 bina inşa olunur. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq, tikinti işləri yekunlaşdıqdan sonra digər məhəllələrə də köç başlayacaq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO