Evlərin sənədləşdirilməsi ilə bağlı portal nə vaxt istifadəyə veriləcək? – RƏSMİ AÇIQLAMA

Evlərin sənədləşdirilməsi ilə bağlı portal nə vaxt istifadəyə veriləcək? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Evlərin sənədləşdirilməsi ilə bağlı portal nə vaxt istifadəyə veriləcək? – RƏSMİ AÇIQLAMA

213802

Azərbaycanda ümumilikdə 1 milyona yaxın sənədsiz ev var. Paytaxtda isə sənədi olmayan evlərin sayının 500 minə yaxın olduğu bildirilir. Uzun illərdir problem müzakirə olunsa da, həllini tapmayıb. 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, mövcud problemin aradan qaldırılması üçün aidiyyəti dövlət orqanlarının əlaqələndirilmiş fəaliyyəti çərçivəsində müvafiq layihələrin hazırlanması üçün işçi qrupu yaradılıb.

İlkin addım kimi həmin tikililərin təyin olunaraq dövlət qeydiyyatına alınması nəzərdə tutulub. Bu məqsədlə yeni elektron portalın bu ilin sonunadək vətəndaşların istifadəyə veriləcəyi qeyd olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – Mühüm AÇIQLAMA  


Bəs hazırda işlər hansı mərhələdədir? Elektron portal nə zaman istifadəyə veriləcək?

Məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu portal əsasən, hüquqmüəyyənedici sənədləri olan daşınmaz əmlakların qeydiyyatı ilə bağlıdır:

““Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi sənədsiz evlərin qeydiyyata alınmasını deyil, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri olan daşınmaz əmlaklar üzərində hüquqların qeydiyyatı prosesinin elektronlaşdırılmasını nəzərdə tutur. 

Bu informasiya sisteminin yaradılmasında məqsəd daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahələrində idarəetmə sisteminin təkmilləşdirilməsi, şəffaflığın və operativliyin artırılması, əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin elektronlaşdırılması və keyfiyyətinin yüksəldilməsi, nəzarət mexanizmlərinin və elektron sənəd dövriyyəsinin genişləndirilməsidir.

Sistemin istifadəyə verilməsi daşınmaz əmlakla bağlı əməliyyatların vahid portal üzərindən aparılmasına, müraciətin elektron qaydada edilməsinə və icra vəziyyətinin izlənilməsinə imkan verəcək”.

Məlumatda bilirilib ki, “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2354 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmış sənədlər toplusu müvafiq rəyin alınması məqsədilə aidiyyəti qurumlara təqdim olunub.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO