Nikahdan öncə müayinə FOBİYASI – Bu il neçə şəxsdə xəstəlik AŞKARLANIB?

Nikahdan öncə müayinə FOBİYASI – Bu il neçə şəxsdə xəstəlik AŞKARLANIB?

Hazırda oxunan: Nikahdan öncə müayinə FOBİYASI – Bu il neçə şəxsdə xəstəlik AŞKARLANIB?

213788

2015-ci ilin iyunun 1-dən Azərbaycanda ailə həyatı qurmaq istəyən gənclər məcburi tibbi müayinədən keçirilir. Tibbi yoxlanış zamanı sifilis, HİV, talassemiya kimi xəstəlikləri aşkar etmək üçün analizlər verilir. Burada məqsəd sağlam ailə formalaşdırmaq və uşaqların xəstə doğulmasının qarşısını almaqdır. Tibbi müayinə məcburi olsa da, hər hansı xəstəlik aşkarlandıqdan sonra belə gənclər evlənib-evlənməməyə özləri qərar verirlər. 

Bu il nə qədər insanda nikahdan öncə tibbi müayinə zamanı xəstəliklər aşkarlanıb?

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Bizim.Media-ya verdiyi məlumata görə, 2024-cü ilin sentyabr ayına qədər ümumilikdə 77 616 nəfər nikahdan əvvəl tibbi müayinədən keçib. Müayinədən  keçənlər arasında 3132 şəxsdə müəyyən xəstəliklər aşkarlanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

“Qrant almaq üçün əcnəbi qadınla evlənmək tələbi qoyulur” – SOSİOLOQ


Nikahdan öncə tibbi müayinəyə olan qınaq

Azərbaycan ailələrində nikahdan öncə tibbi müayinəyə qarşı qınaq var. Valideynlər bunun doğru olmadığını, uşaqlarında heç bir problem olmadığını dönə-dönə vurğulayırlar. Ətrafda söz-söhbət yayılmasın deyə, hər yola əl atan valideynlər də var. Amma beynəlxalq təcrübədə bu müayinələrə xüsusi diqqət göstərilir. 

“Analizlərin sayı artırılmalıdır”

Ginekoloq Təranə Həsənova mövzu ilə bağlı Bizim.Media-ya bildirib ki, nikahdan öncə verilən analizlərin sayı artırılmalıdır. 

“Nikahdan öncə verilən analizlərə hepatitləri və digər cinsi yolla keçən xəstəlikləri də əlavə etmək lazımdır. Bu işə çox ciddi yanaşmaq lazımdır. Burada heç bir saxtakarlığa yol verilməməlidir. Ən azından bu gənclərin sonrakı sağlamlığına, həyatına çox ciddi təsir edə biləcək amillərdir. 


Bir çox sahələrdə insanlar özləri bilərəkdən saxtakarlığa yol verirlər, buna can atırlar. Mən düşünürəm ki, burada saxtakarlığa yol vermək nəyisə ciddi cəhdlə ört-basdır etməkdən başqa bir şey deyil”. 

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO