Zaqatalada restoranda yanğın oldu

Zaqatalada restoranda yanğın oldu

Hazırda oxunan: Zaqatalada restoranda yanğın oldu

213780

Səhər saatlarında Zaqatala şəhərinin mərkəzində, Heydər Əliyev prospekti 24 ünvanında fəaliyyət göstərən  “Ailə" restoranının damında anidən alovlanma müşahidə edilib.  Yanğın bir anda artmağa başlayıb və yaxınlıqdakı tikilər üçün də təhlükəyə çevrilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə yerinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərk ətraf binalara keçməsinin qarşısı alınıb.  

Hadisə şahidlərinin sözlərinə görə, yanğına elektrik kabelindəki gərginlik və qısaqapanma səbəb olub. 

Hazırda yanğın yerində soyutma işləri aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO