Qubada da Vətən müharibəsi şəhidləri yad edildi - FOTO

Qubada da Vətən müharibəsi şəhidləri yad edildi - FOTO

Hazırda oxunan: Qubada da Vətən müharibəsi şəhidləri yad edildi - FOTO

213483

Qubada da Vətən Müharibəsi şəhidləri ehtiramla anılıb.Səhər saatlarından Quba Şəhidlər Xiyabanından başlayan anım ziyarəti günün sonunadək davam edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, gün ərzində minlərlə insan şəhidlərin xatirəsini anmaq üçün xiyabana gəlib.

Şəhid ailələri və qazilər, rayon rəsmiləri, ziyalı və gənclər, sakinlər şəhidləri hörmətlə yad ediblər. Anım mərasimində qeyd edilib ki, Qubadan Vətən Müharibəsində və ondan sonrakı antiterror hadisələrində 61 nəfər şəhidlik zirvəsinə ucalıb.

Gündüz saat 12.00-da Qubada da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO