Zərdabda şəhidlərin xatirəsi ehtiramla YAD EDİLDİ - FOTO

Zərdabda şəhidlərin xatirəsi ehtiramla YAD EDİLDİ - FOTO

Hazırda oxunan: Zərdabda şəhidlərin xatirəsi ehtiramla YAD EDİLDİ - FOTO

213461

Zərdabda 27 sentyabr anım günü ehtiramla yad edilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, mərasimdən əvvəl rayonun Heydər Əliyev Parkında “Anım günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Daha sonra rayon rəsmiləri hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri tərəfindən Zərdab şəhərindəki Şəhidlərin xatirə parkındakı abidə ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Daha sonra Vətən müharibəsinə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Anım mərasimində çıxış edənlər 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında “Anım günü” kimi qeyd edilməsi barədə qərarın qəbul edildiyini diqqətə çatdırıblar.

Həmçinin qeyd edilib ki, ötən ilin sentyabrında ordumuz tərəfindən keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin tam şəkildə tərksilah olunaraq buraxılması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və ölkəmizin ərazilərini tərk etməsi, eyni zamanda bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti qələbəsinin təntənəsiolub. Həmçinin bununla, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qanı yerdə qalmayıb.

Sonra Gəlmə kənd qəbiristanlığında dəfn edilmiş şəhidlərin məzarları ziyarət olunub.

Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.









Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO